İdman 11:47 05.01.2023

Kadidən sonra daha bir legioner "Qarabağ"dan gedir

Kadi Borgesin ardınca daha bir futbolçu "Qarabağ"dan ayrılır.

Qaynarinfo xəbər verir ki, bu barədə məlumatı Rusiyanın "Sport-Express” nəşri yayıb.

Qəzetin iddiasına görə, Kvabena Ovusu Macarıstanın "Ferentsvaroş” klubuna keçir. Bildirilir ki, Budapeşt təmsilçisinin çalışdırıcısı Stanislav Çerçesov Ovusunun transferində israrlıdır.

Qeyd edilib ki, "Qarabağ"la müqavilə müddəti mövsümün sonuna qədər olan qanalı hücumçu yayda azad agent kimi "Ferentsvaroş”la müqavilə imzalayacaq. 

"Qarabağ” və "Ferensvaros” Çempionlar Liqasının 2022/23 mövsümünün III təsnifat mərhələsində qarşılaşıb. Komandalar arasında Bakıda baş tutan görüş 1:1, Budapeştdəki matç Azərbaycan təmsilçisinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. Ovusu ilk oyunda rəqib qapısına yol tapıb.

Qeyd edək ki, Kvabena Ovusu 2020-ci ildən "Qarabağ”da çıxış edir.

Aydın