Dünya 12:15 10.06.2023

Kamal Kılıçdaroğlu siyasətdən gedir?

"Kamal Kılıçdaroğlu bələdiyyə seçkilərinə qədər müxalifətin lideri olaraq qalmağa çalışır. Onun bu məsələ ilə bağlı öz arqumentləri mövcddur".

Bunu Qaynarinfo-ya açıqlamasında QAFSAM sədrinin müavini Nazim Cəfərsoy Türkiyədə keçirilən seçkilərdə məğlub olan CHP lideri Kamal Kılıçdaroğlunun bundan sonra partiya sədri vəzifəsində qalıb-qalmayacağını şərh edərkən deyib.

Ekspert bildirib ki, Kılıcdaroğlunun siyasətdən getməsini istəyənlərin fikrincə, son seçkilərdəki məğlubiyyətin əsas günahkarı məhz odur:



"Onlara görə, Kılıçdaroğlu rəhbərlikdə qalsa, prezident seçkilərindəki məğlubiyyət bələdiyyə seçkilərində də təkrarlana bilər. Əks fikirdə olanlar qeyd edir ki, Kılıçdaroğlu davamlı olaraq seçkiləri uduzur və bu vəziyyəti dəyişmək üçün rəhbərlik dəyişməlidir. Kılıcdaroğlu və tərəfdarları isə bildirir ki, seçkini kiçik fərqlə uduzublar. Bunu da yetərincə böyük uğur hesab edirlər. 

Bələdiyyə seçkilərində də ittifaqlara ehtiyac var və bunu da zamanında Kılıçdaroğlu edib. Bu tərzdə açıqlamalar verərək, Kılıçdaroğlunun partiya rəhbərliyində qalmasına çalışırlar. Hər halda Kılıçdaroğlunun belə mövqeyi müxalifətin bir hissəsində, müxalif jurnalist və ziyalılar arasında ciddi narahatlıq doğurur. Onlar düşünürlər ki, Kılıçdaroğlu CHP lideri olaraq qalsa, müxalifət bələdiyyə seçkilərini də uduzacaq”. 

Rüfət Sultan