Dünya 18:40 22.06.2023

Kamal Kılıçdaroğlunu 110 il həbs və siyasət qadağası gözləyir - KİV

Türkiyənin müxalif Cümhuriyyət Xalq Partiyasının (CHP) lideri və keçmiş prezidentliyə namizəd Kamal Kılıçdaroğlunu ona qarşı açılan 28 iddiaya görə 110 il həbs və siyasi fəaliyyətinə qadağa qoyulması gözləyir.

Qaynarinfo-nun xəbərinə görə, Kılıçdaroğlunun vəkili Cəlal Çelik bildirib ki, keçmiş namizədə qarşı "Anadolu Agentliyi"nin daha əvvəl xəbər verdiyi kimi 18 deyil, 28 iddia qaldırılıb. Prezident seçkilərində uduzduqdan sonra Kılıçdaroğlu yeni parlamentə daxil ola bilməyib və deputat toxunulmazlığını itirib.

"Əvvəllər Kılıçdaroğlunun toxunulmazlığına görə bir sıra məhkəmə prosesləri dayandırılırmışdı, indi onlara yenidən baxılacaq”, deyə bildirilir.

Qeyd edilib ki, bu iddiaların real işlərə çevriləcəyini proqnozlaşdırmaq olar.

Müxalifətçinin vəkili hesab edir ki, bu, baş verməyəcək və cinayət işi başlanacağı təqdirdə eks-namizədin komandası Kılıçdaroğlunun maraqlarını müdafiə etmək niyyətindədir.

Aydın