Dünya 10:39 06.08.2023

Kanada Niger hökumətinə maliyyə yardımını dayandırdı

Kanada dövlət çevrilişinə cavab olaraq Niger hökumətinə inkişaf məqsədləri üçün ayrılmış maliyyə yardımının verilməsini dayandıracaq.

Qaynarinfo bu barədə Kanada hökumətinin saytında dərc edilmiş bəyanata istinadən xəbər verir.

"Dövlət çevrilişinə cəhdə cavab olaraq Kanada Niger hökumətini birbaşa dəstəkləyən inkişaf yardımını dayandıracaq”, deyə sənəddə bildirilir.

Hesabatda qeyd edilir ki, maliyyələşdirmənin dayandırılması yalnız Niger hökumətinə birbaşa büdcə dəstəyinə təsir edəcək. Əhalinin ən həssas qruplarına təhsil, səhiyyə, iqtisadiyyat, o cümlədən gender bərabərliyinin təmin edilməsi sahəsində yardımlar davam etdiriləcək.

Aydın