İdman 16:12 13.04.2023

Kassano Mourinyoya cavab verdi: "Qazandığı kubokları uyğun yerinə..."

Keçmiş italiyalı futbolçu Antonio Kassano ilə "Roma"nın baş məşqçisi Joze Mourinyo arasında "söz müharibəsi" davam edir.

Qaynarinfo-nun məlumatına görə, bir neçə gün əvvəl portuqaliyalı mütəxəssis onu işinə görə tənqid etdiyi üçün Kassanoya mətbuat konfransında "Əvvəllər "Roma", "Real” və "İnter"də çıxış edib. O, "Roma”da heç vaxt oynamadan Super Kuboku qazanıb, Madriddə gödəkçəsi ilə yadda qalıb. "İnter"də isə heç Lombardiya Kubokunu belə qazanmayıb" sözləri ilə cavab vermişdi.

İtaliyalı futbolçu isə "Bobo TV"yə açıqlamasında Mourinyonun işini tənqid etməkdən çəkinməyəcəyini bildirib: 

"Mən Mourinyonun şəxsiyyətini mühakimə etməmişəm. Onu futboluna görə tənqidə davam edəcəyəm. Qoy qazandığı kubokları uyğun yerinə qoysun. Haranı nəzərdə tutduğumu başa düşürsünüz. Mourinyo, "Roma" ilə Konfrans Liqasının qalibi ola bilərdi, lakin o, ədəbsiz axmaqlığa, qarışıqlığa, döyüşlərə və oyunçuların alçaldılmasına səbəb oldu. Heç nə qazanmadım, amma həmişə azarkeşləri sevindirmək və əyləndirmək üçün oynamışam. Mən kuboklara əhəmiyyət vermirəm. O, ədəbsiz futbolla kubok qazandı və bir məşqçi kimi nə qədər kasıb olduğunu başa düşməlidir”.

Səbuhi Həsənov