Dünya 10:00 19.06.2023

Kaxovka SES fəlakəti nəticəsində ölənlərin sayı 35-ə çatdı

Kaxovka Su Elektrik Stansiyasının (SES) dağıdılması nəticəsində ölənlərin sayı artıb. Artıq 35 qurban var. 

Qaynarinfo xəbər verir ki, bu barədə vilayət hökumətinin sədri Andrey Alekseenko "Telegram" kanalında bildirib.

Daha əvvəl 29 nəfərin öldüyü bildirilirdi.

Xatırladaq ki, iyunun 6-na keçən gecə bəndlər dağılıb, ardınca Kaxovka SES-in digər binaları da uçub. Dağıntı Kaxovka su anbarından suyun nizamsız şəkildə axmasına və Dneprdən aşağı olan Xerson bölgəsinin sahilyanı rayonlarının su altında qalmasına səbəb olub. Rusiya və Ukrayna tərəfləri bir-birini SES-in dağıdılmasında ittiham edirlər.

Rusiya Federasiyasının İstintaq Komitəsi hücumla bağlı cinayət işi açıb.

Alpər