Dünya 19:00 08.12.2023

Keçmiş baş nazir prezidenti milçəklə müqayisə etdi

Avropa Parlamentinin üzvü və Litvanın keçmiş baş naziri Andrius Kubilius respublikanın hazırkı prezidenti Gitanas Nausedanı milçəklə müqayisə edib. 

Qaynarinfo "Sputnik Litva"ya istinadən xəbər verir ki, siyasətçi bu sözləri hazırkı prezidentin gələn il keçiriləcək seçkilərdə yenidən seçilmək qərarını şərh edərkən deyib.

"Bu mənə milçəyin yer şumlayan öküzün buynuzları arasında necə oturduğu və necə yaxşı şumladığını fəxrlə bəyan etdiyi zarafatını xatırladır", deyə Andrius Kubilius bildirib.

Andrius Kubilius Avropa Parlamentində Vətən İttifaqı - Litva Xristian Demokratlar partiyasını təmsil edir. Bu partiya 2019-cu il seçkilərində Gitanas Nausedanın əsas rəqibi olub.

Bundan əvvəl Gitanas Nausedanın 2024-cü ildə keçiriləcək növbəti prezident seçkilərində ikinci müddətə namizəd olmaq niyyətində olduğu bildirilirdi.​

Aydın