Ölkə 08:35 07.09.2023

Kəlbəcərdəki mövqelərimiz yenidən atəşə tutuldu

Sentyabrın 6-sı saat 23:10-da Ermənistan silahlı qüvvələrinin bölmələri İstisu yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun İstisu yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan bir neçə dəfə atəşə tutub.

Bu barədə Qaynarinfo-ya Azərbaycan Müdafiə Nazirliyindən bildirilib.

Qeyd olunub ki, bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə adekvat cavab tədbirləri görülüb.