Ölkə 12:39 15.07.2015

Kəmaləddin Heydərov üçün özəl gün

Bu gün Azərbaycan Respublikasının fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərovun doğum günüdür. “

Qafqazinfo” xəbər verir ki, nazir 54 yaşını qeyd edir. 

Kəmaləddin Heydərov 15 iyul 1961-ci ildə Naxçıvan MR-in Babək rayonu Çeşməbasar kəndidnə anadan olub. 1978-ci ildə Naxçıvan şəhər 1 saylı orta məktəbi, 1984-cü ildə Azərbaycan Dövlət Universitetinin geoloji -kəşfiyyat fakültəsini bitirib. Azərbaycan Universitetində ikinci ali təhsil alıb.

1995-ci ilin yanvar ayında Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri, 2005-ci ilin dekabr ayında Azərbaycan Respublikası fövqalədə hallar naziri vəzifəsinə təyin edilib. Ailəlidir 2 övladı var. 

Kəmaləddin Heydərov təkcə nazir kimi deyil, həm də bəstəkar kimi tanınır. Populyar müğənnilərin ifa etdiyi bir sıra mahnıların musiqisi Heydərova məxsusdur. Nazir mahnılarını "Kamal" imzası ilə bəstələyir. 

Qeyd edək ki, nazir bir müddət əvvəl “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

Qaynar.info