Ekonomiks 19:07 21.12.2023

Kəmaləddin Heydərovun bacanağının şirkəti “Azərişığ”ı məhkəməyə verdi

"Azsığorta” ASC "Azərişıq” ASC-ni məhkəməyə verib.

Valyuta.az xəbər verir ki, iddiaya Bakı Kommersiya Məhkəməsində baxılacaq.

Kənan Hüseynov iş üzrə hakim təyin edilib. İşin mahiyyəti barədə isə açıq mənbələrdə məlumat yoxdur. 

"Azsığorta” ASC 2006-cı ildə dövlət qeydiyyatına alınıb. ASC-nin nizamnamə kapitalı 20 300 000 AZN, qanuni təmsilçisi Soltanov Yusif Rəhim oğludur.

"Azsığorta” ASC-nin qeyri-rəsmi sahibi isə fövqəladə hallar naziri Kəmaləddin Heydərovdur. ASC-nin səhmlərinin 100 faizi İsmayılov Hikmət Abuzər oğluna məxsusdur. Hikmət İsmayılov isə Kəmaləddin Heydərovun bacanağıdır. O, eyni zamanda "AFB Bank”ın səhmlərinin 99 faizinə sahibidir.