Ekonomiks 18:35 03.11.2023

Kənd təsərrüfatı nazirinin müavini Göygöldə vətəndaşları qəbul edəcək

Kənd təsərrüfatı nazirinin müavini Elçin Zeynalov noyabrın 15-də Göygöldə vətəndaşları qəbul edəcək.

Qaynarinfo xəbər verir ki, bu barədə nazirlik məlumat yayıb.

Məlumata görə, görüş saat 10:00-da Göygöl Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında baş tutacaq. Vətəndaş qəbulunda iştirak etmək istəyən şəxslər nazirliyin "Çağrı Mərkəzi”nə (1652) zəng etməklə qeydiyyatdan keçə bilərlər. Qəbula gələn vətəndaşlar əvvəlcədən qeydiyyatdan keçməli və şəxsiyyətlərini təsdiq edən sənədləri özləri ilə gətirməlidirlər.

Xatırladaq ki, kənd təsərrüfatı naziri Məcnun Məmmədovun imzaladığı əmrə əsasən, sentyabr ayından başlayaraq Nazirliyin vəzifəli şəxsləri tərəfindən bölgələrdə vətəndaş qəbulları keçirilir.

Qəbul zamanı vətəndaşların Kənd Təsərrüfatı Nazirliyinin səlahiyyət dairəsinə aid məsələlərlə bağlı müraciətləri cavablandırılacaq, müraciətlərdə əksini tapan məsələlərin həlli ilə əlaqədar tədbirlər görüləcək.