İdman 17:25 19.06.2023

"Kəpəz" ilk transferini reallaşdırdı

"Kəpəz" yeni mövsüm üçün ilk transferini açıqlayıb.
 
Qaynarinfo-nun məlumatına görə Vurğun Hüseynov heyətə cəlb edilib. Klub mərkəz müdafiəçisi ilə 1 illik müqavilə bağlayıb. Hüseynov son mövsümdə "Sumqayıt"da çıxış edib, komandanın kapitanı olub. 

Futbolçu 14 dəfə Azərbaycan yığma komandasının da şərəfini qoyuyub.
 
Səbuhi Həsənov