Sənət 17:41 19.09.2022

"Kəsəminlinin nəvəsinin işlə təmin olunması üçün teatrda kimlərsə təqaüdə çıxmalıdır"

Gənc Tamaşaçılar Teatrı mərhum şair Nüsrət Kəsəmənlini nəvəsi Cavidan Kəsəmənlinin işə götürülməməsi ilə bağlı açıqlamasına aydınlıq gətirib.

Teatrdan Qaynarinfo-ya verilən məlumata görə, Cavidan Kəsəmənlinin işlə təmin etmək üçün sözügedən mədəniyyət ocağında boş ştat yoxdur:

"Onun işlə təmin olunması üçün teatrda kimlərsə təqaüdə çıxmalıdır. Yeni siyahımız var, kimləri qəbul edib, kimləri gələcəkdə teatra götürə bilərik deyə. Bununla bağlı söhbətlər də aparılıb. Cavidan Kəsəmənli rəhbərlik tərəfindən qəbul edilib və ona deyilib ki, boş yer olanda bu məsələyə qayıdacağıq”.

Qeyd edək ki, mərhum şair Nüsrət Kəsəmənlini nəvəsi Cavidan Kəsəmənlinin işə götürülməsi ilə bağlı Tamaşaçılar Teatrına müraciət edib. Teatrın rəhbərliyi 25 yaşlı Cavidanla 5-6 dəfə görüşsə də, sonda ona teatrda boş yer olmadığını deyib.
 
Bahar Rüstəmli