Dünya 22:11 16.06.2023

Kimsə Kremli Ukraynanı tərk etməyə razı sala bilsə... Aİ

Afrika liderlərinin Rusiya və Ukrayna arasında hərbi münaqişənin həlli üçün nəzərdə tutulmuş sülh planı bu münaqişənin dondurulmasını nəzərdə tutarsa, Avropa İttifaqı onu dəstəkləməyəcək. 

Qaynarinfo xəbər verir ki, bu barədə Aİ Xarici İşlər Xidmətinin rəsmi nümayəndəsi Piter Stano bildirib.

"Biz sülhə gətirib çıxara biləcək bütün konstruktiv təşəbbüsləri alqışlayırıq. Biz ukraynalıların hüquqlarını, onların suverenliyini və ərazilərini bərpa edəcək sülh istəyirik. Əgər kimsə Rusiyanı Ukraynanı tərk etməyə razı sala bilsə, biz bunu mütləq dəstəkləyəcəyik. Əgər biz atəşkəsdən, mövcud mövqeləri düzəltməkdən danışırıqsa, bu, sülh deyil. Bu, bizim mövqeyimizdir”, - Peter Sano bildirib.

Xatırladaq ki, Reuters agentliyinin məlumatına görə, Rusiya və Ukraynaya səfər edəcək  bir neçə Afrika ölkəsinin liderləri Moskva və Kiyev arasında atəşkəs üçün "etimad tədbirləri” hazırlayıblar. 

Afrika ölkələrinin təklif etməyi planlaşdırdığı tədbirlərə Rusiya qoşunlarının Ukrayna ərazilərindən çıxarılması, Belarus ərazisində taktiki nüvə silahlarından imtina, həmçinin Vladimir Putinin həbsi ilə bağlı Beynəlxalq Cinayət Məhkəməsinin orderinin dayandırılması və sanksiyaların yumşaldılması daxildir.

Nizami Bağırov