İngiltərənin 4-cü divizionunda çıxış edən "Forest Qrin Rovers” klubunun baş məşqçi əvəzi Hanna Dinqli bundan sonra komandada işləməyəcək.
Qaynarinfo xəbər verir ki, bu barədə "Sky Sports” məlumat
yayıb.
Mənbənin məlumatına görə, Dinqli istefa verəcək və onun yerinə hazırda "Sautqempton"un ikinci komandasına rəhbərlik edən David Horsman gələcək.
39 yaşlı Dinqli iyulun əvvəlində Dunkan Ferqyusonun istefasından sonra baş məşqçi vəzifəsini icra edən təyin edilib. İyulun 18-nə olan məlumata görə, o, böyüklərdən ibarət komandanın sükanı arxasında bir oyun keçirib. "Forest Qrin Rovers" yoldaşlıq görüşündə 1:1 hesablı heç-heçə edib. Dinqlinin rəhbərliyi altında komanda daha iki dəfə meydana çıxacaq, sonra isə məşqçi dəyişəcək.
Aydın
Şərhlər