Dünya 12:06 05.01.2024

Kişinyov meri Moldova hökumətini məhkəməyə verdi

Kişinyov şəhərinin meri İon Ceban Moldova paytaxtına və vətəndaşlarına maliyyə təzyiqləri səbəbindən Moldova hökumətini məhkəməyə verib. 

Qaynarinfo xəbər verir ki, siyasətçi bu barədə sosial şəbəkədə yazıb.

"Kişinov sakinləri dövlət büdcəsinə 23 milyard ley (təxminən 1,3 milyard dollar) verirlər və bunun müqabilində biz qəpik-quruş alırıq. Paytaxt sakinləri dövlət büdcəsinin aktiv ödəyiciləridir, Kişinyov sakinlərinə haqqını verin", deyə Ceban bildirib.

O, Moldovada hakim Fəaliyyət və Həmrəylik Partiyasının (PAS) deputatlarını Kişinyovda sosial sektor, təhsil və infrastrukturun maliyyə dəstəyinə yönəlmiş büdcəyə düzəlişlər etmək təşəbbüslərini əngəlləməkdə ittiham edib.

Aydın