Dünya 12:35 03.06.2023

Kiyevdə 3 nəfərin ölümündən sonra Kliçkoya istefa vermək təklif olundu

Ukraynada Kiyev meri Vitali Kliçkoya istefa vermək təklif olunub. 

Qaynarinfo RBC-ya istinadla xəbər verir ki, müraciətlə Kiyevin Desnyanski rayon dövlət administrasiyasının rəhbəri Dmitri Ratnikov çıxış edib.

Bu təşəbbüs Kliçkonun rayon administrasiyalarının rəhbərlərini ittiham etməsindən sonra ortaya çıxıb. Bir gün əvvəl Kiyevdə 3 nəfər qapalı bomba sığınacağına girə bilməyib və dağıntılar səbəbindən ölüb. Kliçko bildirib ki, buna görə məsuliyyət prezident tərəfindən təyin olunan rayon administrasiyalarının rəhbərlərinin üzərinə düşür.

Buna cavab olaraq Ratnikov Kiyev merinə istefa məktubunu birlikdə yazmağı təklif edib.

Bundan əvvəl Ukrayna prezidenti Volodimir Zelenski qapalı bomba sığınacağı ilə bağlı vəziyyəti şərh edərkən demişdi ki, "yerli hakimiyyət rəhbərləri başlarını işlətməlidir”.

Alpər