"Yerkrapah” Könüllülər Birliyinin keçmiş sədr müavini Albert Bazeyan Ermənistanın baş naziri Nikol Paşinyana qarşı sui-qəsd cəhdinə hazırlıqda şübhəli bilinərək 2 ay müddətinə həbs edilib.
Qaynarinfo
xəbər verir ki, bu barədə onun vəkili Georgi Məlikyan sosial şəbəkələrdə məlumat verib.
Məlikyanın qeyd etdiyi kimi, məhkəmə Bazeyan barəsində həbs qəti imkan tədbirinin seçilməsi ilə bağlı istintaqın vəsatətini təmin edib.
"Yerkrapah” Könüllülər Birliyinin keçmiş sədr müavini təqsirini boynuna almır və özünü siyasi məhbus hesab edir.
Bundan əvvəl Ermənistan Milli Təhlükəsizlik Xidməti sentyabrın 23-də Bazeyan və "Səlibçilər” hərbi-vətənpərvərlik təşkilatının daha 7 üzvünün hakimiyyəti ələ keçirməyə cəhdlə bağlı saxlandığını bildirmişdi.
Alpər
Şərhlər