Dünya 17:42 29.06.2022

Kolumbiya həbsxanasında iğtişaş: Çox sayda ölü və yaralı var

Ötən gecə Kolumbiyanın cənub-qərbində yerləşən həbsxanada baş verən iğtişaşlar zamanı azı 49 məhbus həlak olub, 30 nəfər yaralanıb.

Qaynarınfo bu barədə BBC-yə istinadən xəbər verir.

Ölkənin cənub-qərbində yerləşən Tolua Milli Həbsxanasının rəsmiləri bildiriblər ki, təhlükəsizlik qüvvələri iğtişaşları yatırmağa və vəziyyəti sakitləşdirməyə çalışıb. Bu zaman məhbuslar öz əşyalarını yandırıblar. Nəticədə yanğın baş verib.

Həbsxana rəsmiləri vurğulayıb ki, hadisə zamanı məhbuslardan heç biri qaça bilməyib.

Kolumbiya prezidenti İvan Duque bildirib ki, insidentlə bağlı təhqiqat başlayıb və nəticə əldə olunana qədər davam edəcək.

Qeyd edək ki, Kolumbiya həbsxanaları digər Latın Amerikası ölkələrinin həbsxanalarında olduğu kimi həddən artıq doludur. Kolumbiyanın 132 həbsxanası təxminən 80 000 yerlikdir, lakin hazırda ölkədə 112 000 məhbus var.

M.Arıf