İdman 01:36 15.04.2022

Konfrans Liqası: Bütün yarımfinalçılar bəlli oldu

UEFA Konfrans Liqasında 1/4 final mərhələsinin cavab oyunları keçirilib.

Qaynarinfo xəbər verir ki,  bütün görüşlər eyni gündə keçirilib.

Bununla da yarımfinalın bütün iştirakçıları bəlli olub.


UEFA Konfrans Liqası, 1/4 final
Cavab oyunları
14 aprel

PSV (Niderland) - "Lester" (İngiltərə) 1:2
İlk oyun - 0:0
Qollar: Zaxavi, 27. - Meddison, 77. Rikardu Pereyra 88.
 
"Slaviya" (Praqa, Çexiya) - "Feyenoord" (Niderland) 1:3
İlk oyun - 3:3
Qollar: İbrahim Traore, 14 - Dessers, 2, 59. Sinisterra, 78.
 
PAOK (Yunanıstan) - "Marsel" (Fransa) 0:1
İlk oyun - 1:2
Qollar: Dmitri Payet, 34.

"Roma" (İtaliya) - "Budyo Qlimt" (Norveç) 4:0
İlk oyun - 1:2.
Qollar: Temmi Abraham, 5.  Nikolo Zanilo, 23, 29, 49. 
 
Qeyd edək ki, yarımfinalda "Lester" "Roma" ilə, "Feyenord" isə "Marsel" ilə qarşılaşacaq.