İdman 22:57 03.08.2023

Konfrans Liqası: "Qəbələ" Kiprdə də uduzdu, mübarizəni danaydırdı

"Qəbələ" UEFA Konfrans Liqasında mübarizəni dayandırıb.

Qaynarinfo xəbər verir ki, II təsnifat mərhələsinin cavab oyununda Kiprdə "Omoniya"ya 1:4 hesabı ilə uduzan "qırmızı-qaralar" turnirlə erkən vidalaşıb.

Matçda ilk qolu meydan sahibləri vurublar. 5-ci dəqiqədə Roman Bezus hesabı açıb. Ukraynalı futbolçu 29-cu dəqiqədə dubl edib. 10 dəqiqə sonra Adam Lanq 3-cü topu "qırmızı-qaralar"ın qapısından keçirib. İlk hissə bu hesabla başa çatıb.

"Qəbələ" ikinci yarıya qolla başlayıb. 56-cı dəqiqədə Ahmed Ayzaya uzaq məsafədən baxımlı zərbə ilə fərqi azaldıb. Buna baxmayaraq, cəmi 3 dəqiqə sonra Villi Semedu Azərbaycan təmsilçisini 4-cü dəfə meydanın mərkəzinə dəvət edib.

Qeyd edək ki, bu komandaların ilk dualindən də "Omoniya" qalib ayrılmışdı - 3:2.

Konfrans Liqası
II təsnifat mərhələsi
Cavab oyunu

3 avqust
Omoniya (Cənubi Kipr) - Qəbələ (Azərbaycan) 4:1
Qollar: Roman Bezus, 5; 29-pen. Adam Lanq, 39. Villi Semedu, 59 - Ahmed Ayzaya, 56.
Omoniya: 40. Fabiano, 3. Adam Mettyuz, 5. Senu Kulibali, 7. Villi Semedu, 8. Moretu Kassama, 9 Andronikos Kakulis, 10. Loizos Loizu, 17. Yan Letsyaks, 19. Fuad Bəşiri, 22. Adam Lanq, 90. Roman Bezus.
Baş məşqçi: Sofronis Avqusti.
Qəbələ: 13. Kristof Atanqana, 2. İlkin Qırtımov, 4. Lukas Afriko, 7. Emil Səfərov, 9. Əyyub Allaş, 10. Omar Hani, 14. Ülvi İsgəndərov, 28. Murad Musayev, 34. Urfan Abbasov, 72. Osama Xalayla, 99. Ahmed Ayzaya.
Baş məşqçi: Elmar Baxşıyev.
Baş hakim: Adam Ladebek (İsveç).
İlk oyun - 3:2.
Nikosiya, "GSP Arena".