İdman 07:59 03.08.2023

Konfrans Liqası: Təmsilçilərimiz cavab oyununa çıxır

Azərbaycanı UEFA Konfrans Liqasında təmsil edən komandalar bu gün II təsnifat mərhələsində cavab oyunlarını keçirəcəklər.

Qaynarinfo-nun məlumatına görə, əvvəlcə meydana "Sabah" klubu çıxacaq. Murad Musayevin baş məşqçi olduğu kollektiv "Bank Respublika Arena"da Latviyanın RFŞ komandasını qəbul edəcək. Görüş saat 20:00-da başlayacaq. İlk qarşılaşmada Bakı təmsilçisi rəqibini 2:0 hesabı ilə məğlub edib.

"Neftçi" və "Qəbələ"nin oyunları isə eyni saatda - 21:00-da start götürəcək. "Ağ-qaralar" Bosniya və Herseqovinada 2:2 hesablı heç-heçə etdiyi "Jelezniçar"la bu dəfə 8-ci km stadionunda üz-üzə gələcək.

"Qırmızı-qaralar" isə Cənubi Kiprdə "Omoniya"nın qonağı olacaq. Qəbələdəki matçda eyniadlı komanda rəqibinə uduzub - 2:3.

Konfrans Liqası
II təsnifat mərhələsi
Cavab oyunları

3 avqust
20:00 Sabah (Azərbaycan) - RFŞ (Latviya)
Baş hakim: Fedayi San (İsveçrə)
İlk oyun - 2:0
"Bank Respublika Arena"

21:00 Neftçi (Azərbaycan) - Jelezniçar (Bosniya və Herseqovina)
Baş hakim: Balaş Berke (Macarıstan)
İlk oyun - 2:2
8-ci km stadionu

21:00 Omoniya (Cənubi Kipr) - Qəbələ (Azərbaycan)
Baş hakim: Adam Ladebek (İsveç)
İlk oyun - 3:2
Nikosiya, "GSP Arena"