İdman 20:33 30.05.2023

Konfrans liqasında klublarımız üçün yeni potensial rəqiblər

Konfrans Liqasının 2023/2024 mövsümünün təsnifat mərhələsinə vəsiqə qazanan klublarımızın potensial rəqibləri müəyyənləşməkdədir.

Qaynarinfo-nun məlumatına görə "Neftçi”nin potensial rəqiblərinin sayı 19-a, "Sabah”la "Qəbələ”ninki isə 23-ə çatıb. Daha 3 komandanın ikinci təsnifat mərhələsindəki mövqeləri bəlli olub. Səpələnmişlərdə yer alan "Neftçi”nin mümkün rəqibləri sırasına Belarus təmsilçisi "Torpedo BelAZ” da qoşulub.

Səpələnməmişlərdə qərarlaşacaq "Sabah” və "Qəbələ”nin rəqibləri daha çətindir. Belə ki, bu komandanın potensial rəqibləri arasında "Bazel” (İsveçrə) və AEK (Larnaka, Kipr) kimi komandalar da yer alıb. 

İyunun 20-də birinci, ertəsi gün isə ikinci təsnifat mərhələsinin püşkü atılacaq. Azərbaycan klubları ilk oyunlarını iyulun 27-də, cavab matçlarını avqustun 3-də keçirəcəklər.

UEFA Konfrans Liqası

Birinci təsnifat mərhələsi, səpələnmişlər:

"Düdelanj” (Lüksemburq)
"Riqa” (Latviya)
"Maribor” (Sloveniya)
"Şkendiya” (Şimali Makedoniya)
"Linfild” (Şimali İrlandiya)
"Vaduts” (Lixtenşteyn)
"Dunayska” (Slovakiya)
"Dandolk” (İrlandiya)
"Alaşkert” (Ermənistan)
"Sutyeska” (Monteneqro)
"Şkupi” (Şimali Makedoniya)
"Sarayevo” (Bosniya və Herseqovina)
"Riqa” (Latviya)
"Tobol” (Qazaxıstan)
"B36 Torshavn” (Farer adaları)
"Ararat” (Ermənistan)
"Qzira Yunayted” (Malta)
"Levadiya” (Estoniya)
"Dinamo” (Minsk, Belarus)
"Konnas” (Uels)
"Milsami” (Moldova)
"HB Torshavn” (Farer adaları)
"Europa” (Cəbəllütariq)
"Domjale” (Sloveniya)
"Santa-Koloma” (Andorra)
"Proqres” (Lüksemburq)
"Dinamo” (Batumi, Gürcüstan)
"İnter Eskaldes” (Andorra)
"Kruzaders” (Şimali İrlandiya)

Səpələnməmişlər:

"Jilina” (Slovakiya)
"Torpedo” (Kutaisi, Gürcüstan)
"Vikinqur” (Reykyavik, İslandiya)
"Sent-Patriks” (İrlandiya)
"Vlazniya” (Albaniya)
"Vikinqur” (Farer adaları)
"Derri Siti” (İrlandiya)
"Makedoniya” (Şimali Makedoniya)
"Panevezis” (Litva)
"Honka” (Finlandiya)
"Jelezniçar” (Bosniya və Herseqovina)
"Baltsan” (Malta)
"Zimbru” (Moldova)
"Dukagini” (Kosovo)
"Haka” (Finlandiya)
"Dila” (Gürcüstan)
"Birkirkara” (Malta)
"Qlentoran” (Şimali İrlandiya)
"Heqelmann” (Litva)
"İsloç (Belarus)
"Akureyri” (İslandiya)
"Eqnatia” (Albaniya)
"Penibont” (Uels)
"Xaverforduest Kaunti” (Uels)
"Meqpays” (Cəbəllütariq)
"Arsenal Tivat" (Monteneqro)
"Virtus” (San-Marino)
"Kosmos” (San-Marino)

Qeyri-müəyyənlər:

"Payde” (Estoniya)
"Tirana” (Albaniya)

İkinci təsnifat mərhələsi, səpələnmişlər:

"Brügge” (Belçika)
"Bazel” (İsveçrə)
"Gent” (Belçika)
PAOK (Yunanıstan)
"Makkabi (Təl-Əviv, İsrail)
"Viktoriya” (Çexiya)
"Budo-Qlimt” (Norveç)
"Lex” (Polşa)
"Hapoel” (Beer-Şeva, İsrail)
"Yurqarden” (İsveç)
APOEL (Nikosiya, Kipr)
"Beşiktaş” (Türkiyə)
"Riyeka” (Xorvatiya)
"Gimaraeş” (Portuqaliya)
"Styaua” (Rumıniya)
"Legiya” (Polşa)
"Rusenborq” (Norveç)
"Spartak” (Trnava, Slovakiya)
AEK (Larnaka, Kipr)
"Omoniya” (Kipr)
"KuPS” (Finlandiya)
"Neftçi” (Azərbaycan)
"Osiyek” (Xorvatiya)
"Aris” (Saloniki, Yunanıstan)
 
Səpələnməmişlər:
 
"Voyvodina” (Serbiya)
"Lütsern” (İsveçrə)
"Bohemians” (Çexiya)
"Beytar” (İsrail)
"Hammarbü” (İsveç)
"Kalmar” (İsveç)
"Kauno” (Litva)
"Poqon” (Polşa)
"Zalaeqerseq” (Macarıstan)
"Keçkemet” (Macarıstan)
"Debretsen” (Macarıstan)
"Sepsi” (Rumıniya)
"Qəbələ” (Azərbaycan)
"Boraç” (Bosniya və Herseqovina)
"Sabah” (Azərbaycan)
"Ordabasi” (Qazaxıstan)
"Aktobe” (Qazaxıstan)
"Çelye” (Sloveniya)
"Auda” (Latviya)
"Differdanj” (Lüksemburq)
"Torpedo BelAZ” (Belarus)

Qeyri-müəyyən:

"Petrokub” (Moldova)

Səbuhi Həsənov