İdman 10:21 21.03.2023

“Konyaspor” Mahir Emreliyə görə cərimə ödəyəcək

Türkiyənin "Konyaspor” klubu Azərbaycan millisinin hücumçusu Mahir Emreli də daxil olmaqla, 6 futbolçusuna görə cərimə ödəyəcək.

"Report” xəbər verir ki, buna səbəb həmin oyunçuların Super Liqanın XXVI turunda "Qalatasaray”a 2:1 hesabı ilə qalib gəldikləri görüşdə sarı vərəqə almaları olub.

Eyni zamanda, texniki zonada oturan bir köməkçi məşqçi də etiraza görə, qırmızı vərəqə alıb. Qaydalara əsasən, hər vərəqə konyalıları cərimə ödəməyə vadar edəcək. "Konyaspor”, həmçinin, qarşılaşma zamanı meydançada yaşanan qalmaqal ucbatından da cəzalandırılacaq.

"Qalatasaray” önündə 79 dəqiqə meydanda olan Emreli 15-ci dəqiqədə sarı vərəqə alıb.