Siyasət 20:40 11.08.2022

Kulebadan “Bu Putinin müharibəsidir” deyən kanslerə sərt cavab

Almaniya kansleri Olaf Şolts Ukraynada baş verənləri "Putinin müharibəsi” adlandırıb. Ancaq Rusiya əhalisi əsasən müharibəni dəstəkləyir və hər raket hücumuna sevinir.

Bu barədə Qaynarinfo Ukraynanın xarici işlər naziri Dmitri Kulebanın "Twitter" hesabına istinadən yazır.

Şoltsun sözlərinə görə, o, rusların sivil Aİ ölkələrinə girişinə qadağa qoyulmasının əleyhinədir, çünki Ukraynada baş verənlər adi Rusiya vətəndaşları deyil, "Putin müharibəsi”dir.

Kanslerin fikrincə, ruslara qarşı cəza tədbirləri yalnız Moskvada qərar qəbul edən mərkəzdən olan insanlara qarşı sanksiyaları zəiflədəcək.

"Bu, təkcə Putinin deyil, Rusiyanın müharibəsidir. Putin yox, əsl rus əsgərləri Rusiyadan öldürmək, işgəncə vermək və məhv etmək üçün gəlirlər. Ruslar əsasən müharibəni dəstəkləyir, Ukrayna şəhərlərinə raket hücumlarına və ukraynalıların öldürülməsinə sevinirlər. Onda qoy rus turistləri Rusiyadan həzz alsınlar ", deyə Kuleba yazır.

Nizami Bağırov