Ölkə 18:57 26.05.2022

Kürdə bulanıqlıq kəskin artdı: Bir neçə şəhər və rayona verilən su kəsiləcək

Azərbaycanın bir sıra şəhər və rayonlarına içməli suyun verilişində məhdudiyyətlər olacaq.

Qaynarinfo "Azərsu" ASC-nin yaydığı məlumata görə, intensiv yağıntılar səbəbindən Kür çayında bulanıqlığın kəskin artması nəticəsində Kür Sutəmizləyici Qurğular Kompleksində suyun emalı xeyli azalıb. Bununla əlaqədar Şirvan, Hacıqabul, Salyan, Neftçala, Biləsuvar, Sabirabad, Saatlı şəhərlərinə, magistral kəmərlərin trassası boyu yerləşən kəndlərə, həmçinin Bakının Qaradağ rayonuna, eləcə də Səbail və Binəqədi rayonlarının bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

"Azərsu” ASC yaranacaq narahatlıqla əlaqədar abonentlərdən üzr istəyir.