Ölkə 19:55 21.08.2022

Kürdəmirdə yol qəzasında 2 qardaş xəsarət aldı

Kürdəmirdə baş verən yol qəzasında xəsarət alanların kimliyi bəlli olub.

"Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, bunlar Ağsu rayon Ərəbmehdibəy kənd sakinləri, 2 qardaş - Osmanov Elçin Qinyaz oğlu və Osmanov Qiyas Qinyaz oğludur.

Qeyd edək ki, hadisə  Qarasaqqalı kəndində baş verib. "VAZ-2107” markalı avtomaşın hərəkətdə olarkən idarəetmədən çıxıb. Nəticədə avtomobilin sürücüsü və sərnişin müxtəlif xəsarətləri alıblar.

Yaralılar təcili tibbi yardım maşınının köməyi ilə Kürdəmir rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.