Ölkə 23:41 14.03.2022

Lənkəranda avtomobil tələbələri vurdu

Lənkəranda avtomobil piyadaları vurub.

"Report"un Cənub Mərkəzinin verdiyi xəbərə görə, hadisə akademik Zərifə Əliyeva küçəsində baş verib. "VAZ-21015” markalı 42 BN 015 dövlət qeydiyyat nişanlı avtomobil Masallı rayon sakini, 2002-ci il təvəllüdlü Mirkənan Ramiz oğlu Əsədovu və həmyerlisi, 2003-cü il təvəllüdlü Rəvan Hidayət oğlu Həsənovu vurub.

Sürücü hər iki yaralını Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırıb. Zərərçəkənlərə ilkin tibbi yardım göstərilib, onların vəziyyətləri orta ağır qiymətləndirilir.

Yaralıların hər ikisinin Lənkəran Dövlət Universitetinin tələbələri olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.