Video 18:34 24.03.2022

Lənkəranda su basmış ərazilərdən suyun çəkilib kənarlaşdırılması işləri həyata keçirildi (FOTO/VİDEO)

Davam edən yağıntıların törətdiyi fəsadların aradan qaldırılması istiqamətində Fövqəladə Hallar Nazirliyinin (FHN) müvafiq qüvvələri tərəfindən zəruri tədbirlərin görülməsi davam etdirilir.

Bu barədə Trend-ə FHNd-ən bildirilib.

Belə ki, gün ərzində FHN-in Cənub Regional Mərkəzinin qüvvələri tərəfindən Lənkəran rayonunun Liman şəhəri və Boladi kəndində su basmış ərazilərdən suyun çəkilib kənarlaşdırılması işləri həyata keçirilib.