Yaponiyanın cənub-qərbində yerləşən Küsü bölgəsində leysan yağıb. Yerli hakimiyyət orqanları 587 mindən çox insanın təxliyəsi barədə göstəriş verib.
Qaynarinfo xəbər verir ki, bu barədə Yaponiyanın NHK telekanalı məlumat
yayıb.
Yerli vaxtla saat 11:30-a (Bakı vaxtı ilə 6:30) hakimiyyət orqanları Kurume, Yame (Fukuoka prefekturası), Kumamoto, Oquni, Mifune, Koşi, Kikuyo (Kumamoto prefekturası), Takaçiho (Miyazaki prefekturası), Hita, Kusu (Oita prefekturası) şəhərlərində sakinlərin təxliyəsi barədə göstəriş verib.
Yaponiya Meteorologiya Agentliyi beş xəbərdarlıq səviyyəsindən dördüncü səviyyəni təyin edib. Fukuoka, Saqa, Kumamoto, Oita, Miyazaki və Yamaquçi prefekturalarının bir hissəsində də sürüşmələrin olacağı gözlənilir.
Kumamoto prefekturasında Şirakava və Mifune çaylarında suyun səviyyəsi yerli vaxtla səhər saat 10 radələrində daşqın təhlükəsi həddini keçib. Yağış Yamaquçi prefekturasında dəmir yolunun da fəaliyyətini iflic edib.
Nizami Bağırov
Şərhlər