İdman 11:40 01.08.2023

"Liverpul"un braziliyalısı da Səudiyyə Ərəbistanına üz tutdu

"Liverpul”un yarımmüdafiəçisi Fabinyonun yeni klubu müəyyənləşib.
 
Qaynarinfo-nun məlumatına görə braziliyalı futbolçu Səudiyyə Ərəbistanı təmsilçisi "Al-İttihad”a transfer olunub. Bu barədə Mersisayd təmsilçisi məlumat yayıb.

Beş mövsüm Liverpul klubunun formasını geyinmiş Fabinyo bu müddət ərzində 219 oyuna çıxıb, 5 kubok qazanıb.
 
Səbuhi Həsənov