İdman 14:49 15.11.2023

"Liverpul"un futbolçusu atasına qovuşdu

"Liverpul"un ulduzu Luis Diaz və silahlı üsyançı qrup tərəfindən qaçırılan atası Luis Manuel Diaz uzun ayrılıqdan sonra görüşüb.

Qaynarinfo-nun məlumatına görə, futbolçu bir neçə gün sonra silahlı üsyançı təşkilat Milli Azadlıq Ordusu (ELN) tərəfindən qaçırılan atasını görməyə nail olub. 

Diazın valideynləri oktyabrın 28-də Barrankas şəhərində öz avtomobilləri ilə səyahət edərkən ELN üzvləri tərəfindən qaçırılmışdı. Futbolçunun anası Silenis Marulanda qısa müddət sonra sərbəst buraxılsa da, atası Diaz girov götürülüb.

13 gündən sonra evə buraxılan ata helikopterlə Valledupar şəhərinə aparılıb və tibbi müayinədən keçib. 58 yaşlı Diazdan heç bir pis rəftar əlaməti olmayıb. Luis Manuel Diaz onu Birləşmiş Millətlər Təşkilatı (BMT), Katolik Kilsəsi və Beynəlxalq Qızıl Xaç Komitəsindən ibarət humanitar nümayəndə heyətinə təhvil verib. Diaz hərbi helikopterlə ailəsinin yaşadığı La Quajira inzibati ərazisinə aparılıb. Atası təhvil verilərkən Diaz hələ İngiltərədən qayıtmamışdı. Bu səbəbdən Beynəlxalq fasilə ilə əlaqədar Kolumbiya millisinə qayıdan futbolçu valideyninə komandanın düşərgəsində qovuşub.

Səbuhi Həsənov