İdman 12:36 30.06.2022

Lukaku "İnter"ə qayıtdı

"Çelsi"dəki gərgin mövsümdən sonra Romelu Lukaku keçmiş klubu "İnter"ə qayıdıb.

Qaynarinfo xəbər verir ki, klub rəsmi saytı vasitəsilə Belçika millisinin üzvünün keçidini açıqlayıb. Milan klubu ötən mövsüm "Çelsi"yə satdığı hücumçunu yenidən icarəyə götürüb. Ulduz hücumçu səhər saatlarında Milana gələrək tibbi baxışdan keçib, daha sonra onuna müqavilə rəsmən açıqlanıb. 

Klub kanalına danışan Lukaku həyəcanını dilə gətirərək, "1 il əvvəl bu komanda ilə burada qazandığım uğur tarix yazdı. Burada oynadığım illərdə "İnter" mənə çox şey verdi. İndi əvvəlkindən daha yaxşı olacağına ümid edirəm" - ifadələrini işlədib.

29 yaşlı futbolçu baş məşqçi Tomas Tuxellə problem yaşadığı üçün istədiyi qədər forma geyinmək şansı qazanmayıb.

Mövsümün əvvəlində "İnter"dən 113 milyon avroya "Çelsi"yə transfer olunan Lukaku 44 matçda forma geyinib. 29 yaşlı futbolçu 15 qol vurub və 2 məhsuldar ötürmə edib. Lukaku bu mövsüm xəstəlik və zədə səbəbindən 18 oyunu buraxıb.

Səbuhi Həsənov