Dünya 13:31 14.05.2023

Lukaşenko Dövlət Bayrağı Günündə də meydana çıxmadı

Belarus prezidenti Aleksandr Lukaşenko səhhətinin pisləşməsi ilə bağlı xəbərlər fonunda ölkənin Dövlət Bayrağı, Dövlət Gerbi və Dövlət Himni gününün qeyd edilməsinə də qatılmayıb.

Qaynarinfo "Telegram"dakı "Motolko pomogy” layihəsinə istinadən xəbər verir ki, Lukaşenko mayın 14-də Minskin Dövlət Bayrağı Meydanında keçirilən təntənəli mərasimdə iştirak etməyib.

Baş nazir Roman Qolovçenko prezidentin əvəzindən ənənəvi çıxış edib.

Qeyd edək ki, Moskvadakı paradda Lukaşenko xəstələnib. Onun yanına həkim briqadası çağırılıb, sonra evə göndərilib. Minskdə prezident axsayaraq jurnalistlərin qarşısına çıxıb. KİV onun mayın əvvəlindən demək olar ki, ictimaiyyət qarşısına çıxmadığını qeyd edib. Və bu yaxınlarda o, Drozdıdakı prezident klinikasına yollanıb.

Məlumata görə, Lukaşenkoda endokrin sistem və ürək xəstəliklərinə səbəb olan ciddi nasazlıq yaranıb. 

Aydın