Dünya 14:05 29.06.2023

Lukaşenko məmurları yerli istehsal olan avtomobilləri almağa məcbur edir

Belarusun dövlət orqanlarına və təşkilatlarına rəsmi ehtiyaclar üçün "BelGee" Belarus-Çin müəssisəsində istehsal olunan avtomobillərin alınması tapşırılıb. 

Qaynarinfo TASS-a istinadən xəbər verir ki, müvafiq sərəncamı prezident Aleksandr Lukaşenko imzalayıb.

Sənəddə deyilir ki, "BelGee" tərəfindən istehsal olunan avtomobilləri dövlət hüquqi şəxsləri, biznes şirkətləri, banklar, kənd təsərrüfatı təşkilatları, habelə təsisçiləri dövlət payı 50%-dən çox olan təşkilatlar almaq məcburiyyətindədirlər.

Eyni zamanda, xarici istehsalı olan avtomobillərin alınmasına Belarus prezidentinin təhlükəsizlik xidmətinə, milli təhlükəsizlik sisteminə, maliyyə araşdırmalarına, dövlət nəzarəti komitəsinə, habelə xüsusi hallarda digər orqan və təşkilatlara icazə verilir.

Qanunla alınan xidməti avtomobillərin dəyərinin maksimum məbləği həmin nəqliyyat vasitələrindən istifadə edəcək şəxslərin vəzifələrindən asılı olaraq müəyyən edilir. 

"BelGee" zavodu 2017-ci ilin noyabrında Minsk vilayətində açılıb. Xüsusilə şirkət "Geely Atlas Pro" və "Coolray" krossoverləri istehsal edir.

Aydın