Dünya 18:34 27.06.2023

Lukaşenko: "Priqojinlə 30 dəqiqə nalayiq sözlərlə danışdıq"

Belarus prezidenti Aleksandr Lukaşenko iyunun 23-də silahlı üsyan qaldıran "Vaqner" lideri Yevgeni Priqojinlə danışıqların necə başladığını danışıb. 

Qaynarinfo xəbər verir ki, Belarus liderinin sözlərini "BelTA" "Telegram" kanalı yayıb.

Lukaşenkonun sözlərinə görə, o, FSB kanalları vasitəsilə alınan nömrəyə zəng edib və Priqojin onunla danışmağa razılaşıb. Prezident qeyd edib ki, "Vaqner" liderio "tam eyforiya” vəziyyətində olub.

"Birinci raundda 30 dəqiqə nalayiq sözlərlə danışdıq. Sonradan təhlil etdim normal lüğətdən 10 dəfə çox söyüş var idi. Əlbəttə ki, o, üzr istədi və nalayiq sözlərlə danışmağa başladı". deyə Lukaşenko bildirib.

O, həmçinin qeyd edib ki, danışıqlarda birinci mərhələdə Rusiya Federasiyasının müdafiə nazirinin müavini Yunus-Bek Yevkurov və FSB-nin direktoru Aleksandr Bortnikov iştirak ediblər.

Lukaşenko həmçinin bildirib ki, Rusiya prezidenti Vladimir Putinə üsyan fonunda qəddar qərara tələsməməyi tövsiyə edib.

Bundan əlavə, Lukaşenka bildirib ki, üsyan cəhdi zamanı Priqojinə qrupun hücum dəstələrinin komandirləri güclü təsir göstərib.

Aydın