Dünya 12:43 26.02.2024

Macarıstan İsveçin NATO-ya üzvlüyünü bu gün ratifikasiya edə bilər - "Reuters"

İsveçin NATO-ya üzvlüyünün ratifikasiyası üzrə səsvermə fevralın 26-da Macarıstan parlamentində keçiriləcək.

Bu barədə Qaynarinfo "Reuters”ə istinadən xəbər verir.

Ötən cümə günü İsveçin baş naziri Ulf Kristersson Macarıstana səfər edib. Ölkələr silah tədarükü barədə müqavilə imzalayıblar. 

Gözlənilir ki, bu gün Macarıstan İsveçin NATO-ya üzvlüyünü təsdiq edə bilər.

Xatırladaq ki, İsveç 2022-ci ildə Rusiyanın Ukraynaya müdaxiləsindən sonra NATO-ya üzv olmaq üçün müraciət edib. Türkiyə və Macarıstan bu qərara qarşı çıxsa da, sonradan Ankara buna razılığını verib. 

Bu günlərdə məlum olub ki, Macarıstanın baş naziri Viktor Orban İsveçin NATO-ya daxil olması üçün Stokholmla müdafiə sazişini təsdiqləyib.

Nizami Bağırov