İdman 22:31 07.06.2023

Mahir Emrelidən “Beşiktaş”ın qapısına möhtəşəm qol (VİDEO)

Azərbaycan millisinin futbolçusu Mahir Emreli Türkiyə "Konyaspor”unda növbəti qolunu vurub.

25 yaşlı forvard Süper Liqanın sonuncu - XXXVIII turunda səfərdə "Beşiktaş”ın qapısına yol tapıb.

İkinci hissədə meydana daxil olan forvard meydana çıxdıqdan cəmi 2 dəqiqə sonra fərqlənərək hesabı bərabərləşdirib - 2:2.

Qeyd edək ki, hazırda görüşdə hesab qonaqların xeyrinədir - 3:2.