Fransa prezidenti Emmanuel Makron Səudiyyə Ərəbistanı şahzadəsi Məhəmməd bin Salmanı qəbul edəcək. Görüşdə tərəflər Rusiyanın Ukraynaya qarşı müharibəsini də müzakirə edəcəklər.
Qaynarinfo xəbər verir ki, bu barədə "Politico” məlumat
yayıb.
Fransa prezident sarayı rəsmisinin sözlərinə görə, Makron Yelisey sarayında özəl şam yeməyi zamanı Səudiyyə Ərəbistanı şahzadəsini Moskvaya təsir imkanlarından istifadə etməyə çağıracaq.
Rusiyanın Ukraynaya qarşı müharibəsi ilə bağlı Səudiyyə Ərəbistanı keçmişdə qeyri-müəyyən mövqe tutub, bununla bağlı BMT qətnamələrinə səs verib, eyni zamanda ABŞ-ın neft hasilatını artırmaq çağırışlarına müqavimət göstərib ki, bu da Moskvanın neft satışından əldə etdiyi gəliri azaldacaq.
"Biz xahiş edirik ki, Səudiyyə Ərəbistanı Ukrayna və Rusiya arasında danışıqlara səbəb olacaq Ukrayna qələbəsini sürətləndirməkdə bizə kömək etsin... Söhbətlərə əsaslanaraq bilirik ki, onlar bu baxışı bölüşürlər", deyə Yeliseydən olan eyni rəsmi bildirib.
Makron və bin Salman arasında keçiriləcək danışıqlarda həmçinin Səudiyyə Ərəbistanı ilə İran arasında münasibətlərin bərpası və iki ölkənin Livandakı gərginliyin həllinə necə kömək edə biləcəyi müzakirə olunacaq.
Aydın
Şərhlər