Fransa prezidenti Emmanuel Makron deyib ki, Qərb ölkələri Ukraynaya qısa zamanda milyardlarla dollar yardım etməyə hazırdır, halbuki yoxsul ölkələrə dəstək və ya iqlim dəyişikliyi ilə mübarizə onilliklər çəkə bilər.
Qaynarinfo xəbər berir ki, o, bu barədə CNN telekanalına müsahibəsində bildirib.
Fransa lideri bu ikili standartlara görə üzüldüyünü bildirib. Makron inkişaf etmiş ölkələrin eyni zamanda yoxsulluq və iqlim dəyişikliyindən əziyyət çəkən qlobal Cənuba münasibətini səmərəsiz adlandırıb.
Fransa prezidenti həmkarlarını bu problemlə birlikdə mübarizə aparmağa çağırıb. Əks halda, onun fikrincə, dünya öz maliyyə institutlarına malik "alternativ çoxqütblü dünya”nın və yeni qlobal nizamın yaranması ilə üzləşəcək.
Aydın
Şərhlər