Ölkə 19:04 26.01.2023

Marketdən balıq kürüsü oğurladı, "uşaqlarım üçün oğulamışam" dedi

Sumqayıt şəhəri, 9-cu mikrorayon ərazisində yerləşən "Araz” Supermarketdə oğurluq hadisəsi baş verib.

Qaynarinfo-nun məlumatına görə, hadisəni törədən Zabit (şərti) adlı şəxs marketdən balıq kürüsü oğurlayıb. 

Təqsirləndirilən şəxs məhkəmə ifadəsində imkanı olmadığını və balıq kürüsünü 2 azyaşlı uşağı üçün oğurladığını deyib. O, imkanı olanda ziyanı ödəyəcəyini bildirib və himayəsində 2 azyaşlı uşağının olmasını nəzərə alaraq, barəsində yüngül inzibati tənbeh tədbiri tətbiq edilməsini məhkəmədən xahiş edib. 

Məhkəminin qərarı ilə Zabit 160 saat ictimai işlərə cəlb olunub.

Əhməd