Dünya 12:48 19.11.2022

Mask sahibi olduğu “Twitter”də Tramp uğrunda mübarizəyə başladı

"Twitter" mikrobloq şəbəkəsinin yeni sahibi iş adamı İlon Mask ABŞ-ın keçmiş prezidenti Donald Trampın sosial şəbəkənin əvvəlki rəhbərliyi tərəfindən qeyri-müəyyən müddətə dondurulmuş hesabının blokdan çıxarılıb-çıxarılmaması ilə bağlı istifadəçilər arasında sorğu keçirib.

Qaynarinfo bu barədə "Rosbalt"a istinadla xəbər verir.

Eyni zamanda Mask Latın atalar sözü olan "Vox populi vox Dei” ("xalqın səsi Allahın səsidir”) sözünü xatırladıb.

Noyabrın 19-da səhərə qədər səs verənlərin yarıdan çoxu - 62% Trampın hesabının bərpasının lehinə, 38%-i əleyhinə olub. Bu xəbərin yayıldığı ana qədər 1 milyona yaxın istifadəçi səs verib. Səsvermənin bitməsinə 23 saat qalıb.

Bir gün əvvəl Mask sosial şəbəkə istifadəçilərinə şirkətin bundan sonrakı mümkün hərəkətləri ilə bağlı sualla müraciət etmişdi. "Twitter bundan sonra nə etməlidir?" - o yazıb.

Alpər