Dünya 12:31 25.07.2022

Mask Sergey Brinin həyat yoldaşı ilə bağlı WSJ-nin xəbərini təkzib etdi

"Google”un həmtəsisçisi Sergey Brin 2021-ci ilin dekabrında həyat yoldaşı Nikol Şanahanın İlon Maskla münasibətlərinə görə boşanmaq üçün məhkəməyə müraciət edib. 

Qaynarinfo xəbər verir ki, "The Wall Street Journal” məsələ ilə bağlı məlumatlı mənbələrə istinadən yazır. Lakin Maskın özü bunun doğru olmadığını və hələ də Brinlə dost olduğunu iddia edir.

Nəşrin mənbələrindən biri Brin və Mask arasında son aylarda "gərgin" münasibətlərin olduğunu və hətta Brin maliyyə məsləhətçilərinə "Tesla” səhmlərini satmağı tapşırdığını söyləyib. 2008-ci ildə Brin şirkətə 500 min dollar sərmayə qoyub. Qəzet həmçinin iddia edir ki, Şanahan Maskla eşq məcarası yaşayarkən o, artıq Brindən boşanmaq qərarına gəlib, lakin cütlük birlikdə yaşamağa davam edib. Mənbələr bildiriblər ki, evliliklə bağlı çətinliklər pandemiyanın stresindən və üç yaşlı qız uşağı böyütməkdən yaranıb. Mask isə münasibətlər yaranarkən müğənni Qraymsdan ayrılıb.

Mask Twitter-də nəşrin xəbərlərini təkzib edib.

"Bu, tam cəfəngiyyatdır. Sergey və mən dostuq və dünən gecə bir ziyafətdə birlikdə idik! Mən Nikolla üç il ərzində cəmi iki dəfə, hər ikisində də böyük bir qrup insanla birlikdə görüşmüşəm. Romantik heç nə yoxdur”.

Mask daha sonra əlavə edib ki, WSJ başqa əhvalatlar dərc etməlidir.

"Fikirləşirdim ki, WSJ tabloid olmaq əvəzinə jurnalistikanın yüksək standartlarına sahibdir. WSJ öz oxucuları üçün həqiqətən vacib olan və təsadüfi üçüncü tərəfin şayiələrinə deyil, faktlara əsaslanan əhvalatları dərc etməlidir".

Mask üç dəfə evlənib. İlk evliliyindən altı övladı var. İkinci evlilikdən uşağı olmayıb. Üçüncü evlilikdə kanadalı müğənni Qraymsla "X Æ A-12" adlı bir oğlu və Ekza Dark Sayderil adlı bir qızı var. 2021-ci ilin sentyabrında Mask və Qrayms üç illik evlilikdən sonra ayrılıblar.

Nizami Bağırov