Ölkə 19:20 31.05.2023

Məhkəmə 8-ci kilometr bazarında işləyən arabaçıların işinə baxdı

Bakıda 8-ci kilometr bazarında işləyən arabaçıların oğurluq hadisəsi ilə bağlı məhkəmə işinə baxılıb. 

Qaynarinfo xəbər verir ki, Nizami rayonu, E.Süleymanov küçəsində yerləşən fərdi evdə günü 3 manata kirayə qalan arabaçılardan birinin telefonu oğurlanıb. 

Polsin apardığı araşdırma zamanı, hadisəni 1997-ci il tarixdə Yevlax şəhərində anadan olmuş Kamil (şərti) adlı şəxs tərəfindən törədildiyi məlum olub. O, da 8-ci kilometr bazarında arabaçı işləyib. 

Onunu barəsində dərhal protokol tərtib edilərək, iş məhkəməyə göndərilib. 

Kamil izahatında bildirib ki, kirayə yaşadıqları evdə zərərçəkmiş arabaçının yatmasından istifadə edib onun telefonunu götürüb evdən çıxıb. Telefonu tanımadığı şəxsə 30 manata satıb. 

Məhkəmənin qərarı ilə, dünən Kamil İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 30 gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilib.

Əhməd