Ölkə 17:11 27.11.2023

“Məktəb həkimlərinin adı var, özləri yoxdu”- Ekspert

"Orta məktəblərdə tibbi xidmətin səviyyəsi ürəkaçan deyil”.
 
Bunu Qaynarinfo-ya açıqlamasımda təhsil eksperti təhsil eksperti Kamran Əsədov deyib. Ekspert bildirib ki, orta təhsil müəssisələrində şagirdlərin sağlamlığının qeydinə qalmaq məqsədilə tibb məntəqələr fəaliyyət göstərir:

"Qanunvericilikdə bütün məktəblərdə şagirdlərə ödənişsiz tibbi xidmət göstərilməsi qeyd edilsə də, bəzilərində bu formal xarakter daşıyır. Son günlər orta məktəblərdə baş verən bədbəxt hadisələr tibbi xidmət ilə bağlı nöqsanın olduğunu göstərdi. Məktəblərdə kifayət qədər bədbəxt hadisələr baş verir. Bu zaman ilkin tibbi yardımı elə orta təhsil müəssisəsi göstərməlidir. Xəstə şagirdin məktəbdə halı pisləşmə ehtimalını nəzərə alsaq, təcili yardım komplekti olmalıdır. Müəllim və rəhbər heyət ciddi xəstəliyi olan şagirdlər barədə bilgilərə sahiblənməlidirlər. Çünki şəkər, epilepsiya kimi xəstəliklərdə kəskinləşmə ola bilər”. 



Təhsil ekspertinin fikirincə, tibb məntəqələri ilkin tibbi yardım üçün hər bir vəsaitlə təhciz olunmalıdır:

"Qəfil bir hadisə olsa, yardım edə bilsinlər. Nazirlər Kabinetinin 218 nömrəli "Təhsil sahəsində iaşə və tibb xidmətinin təşkili” qaydalarında nəzərdə tutulub. Qaydaya əsasən, orta ümumtəhsil məktəblərinin binasında tibb otağı ayrılmalıdır. Bu otaq zəruri avadanlıqlarla təmin olunmalı, həmin ərazi üzrə tibb işçiləri bura təyin edilməlidirlər. Onların maaşları  isə müvafiq icra hakimiyyəti tərəfindən ödənilir. Bu, qanunla tənzimlənir, amma reallıq da vəziyyət tam fərqlidir. Reallıq isə bundan ibarətdir ki, maddi texniki-bazası yüksək olan şəhər məktəbləri hər şeylə təmin olunduğuna görə, bu işi yüksək səviyyədə təşkil etmək mümkün olur.  Amma bəzi region məktəblərində nəinki otaqların təminatı, hətta sinif otaqlarının təşkili ilə bağlı da problemlər mövcuddur”. 

Təhsil eksperti deyib ki, məktəblərdə tibbi xidmətlər üçün otaqlar olsa belə, oradakı kadrların heç biri məktəbin balansında olan işçilər hesab olunmur:

"Onlar yerli poliklinikalar tərəfindən məktəblərə təhkim olunublar”. 

Bahar Rüstəmli