Ölkə 23:40 01.05.2023

Məktəbə bomba qoyulduğunu dedi, məhkəmə qarşısına çıxarıldı

Ağsu rayon Ərəbuşağı kənd tam orta məktəbinə bomba qoyulması barədə yalan məlumat verən şəxsə hökm oxunub. 

Qaynarinfo-nun məlumatına görə, 1999-cu il təvəllüdlü Ağsu rayonunun Ərəbuşağı kənd sakini, anadangəlmə nevroloji və nitq qüsurlu Cabir (şərti) gecə yata bilməməsi səbəbindən DİN-nin 102 xidməti zəng mərkəzinə zəng edib. O, Ağsu rayon Ərəbuşağı kənd tam orta məktəbində bomba olması, insanların həlak olmasına, əhəmiyyətli əmlak ziyanının vurulmasına və ya s. ictimai təhlükəli nəticələrin baş verməsinə səbəb ola biləcək partlayış barəsində bilə-bilə yalan məlumat verib. 

Məhkəmənin qərarı ilə Cabir Cinayət Məcəlləsinin 216-cı maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini anlaqsız vəziyyətdə törətdiyi sübuta yetirildiyi üçün cinayət məsuliyyətindən azad olunub. Təqsirləndirilən şəxs barəsində Cinayət Məcəlləsinin 95.0.1-ci maddəsinə uyğun olaraq məcburi ambulatoriya müşahidəsi və psixiatr müalicəsi növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilib.

Aydın