Ölkə 16:59 08.12.2023

Mərhum polis rəisinin oğluna Penitensiar Xidmətdə yeni vəzifə verildi (FOTO)

Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 8 Saylı Cəzaçəkmə Müəssisəsinə yeni rəis təyin edilib. 

Qaynarinfo-nun əldə etdiyi məlumata görə, müvafiq əmrlə Qədirov Süleyman Maksim oğlu 8 Saylı Cəzaçəkmə Müəssisəsinin rəisi təyin olunub. 

Bundan əvvəl sözügedən müəssisənin rəisi Haciyev Azər Musa oğlu olub və nöqsanlara görə işdən çıxarılıb. 

Qeyd edək ki, Süleyman Qədirov polis polkovnik-leytenantı, bir sıra rayonlarda rəis vəzifəsində çalışmış mərhum Maksim Qədirovun oğludur. 

Əhməd