Ölkə 18:40 22.12.2023

Mərkəzi Bank “AzTV”nin əlavə səhmlərinin buraxılması qaydalarını müəyyənləşdirəcək

"Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin səhmlərinin nominal dəyərinin artırılması və əlavə səhmlərin buraxılması qaydaları Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən müəyyən ediləcək.

Bu, Nazirlər Kabinetinin "Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin Nizamnaməsi”ndə etdiyi dəyişiklikdə əksini tapıb.
Qeyd edək ki, bu sahədə səlahiyyət ləğv edilmiş Maliyyə Bazarlarına Nəzarət Palatasına məxsus olub.