Ekonomiks 09:37 30.12.2022

Mərkəzi Bank gələn il uçot dərəcəsini bu tarixlərdə açıqlayacaq

Azərbaycan Mərkəzi Bankı (AMB) gələn il də pul siyasətinə 8 dəfə baxmağı nəzərdə tutub.

Qaynarinfo xəbər verir ki, bu barədə AMB-dən bildirilib.

Qeyd edilib ki, Mərkəzi Bankın uçot dərəcəsi ilə bağlı qərarları fevralın 1-i, martın 29-u, mayın 3-ü, iyunun 21-i, iyulun 26-sı, sentyabrın 20-si, noyabrın 1-i və dekabrın 20-də açıqlanacaq.

Qərarların dördünü AMB-nin sədri Taleh Kazımov mətbuat konfransında açıqlayacaq.