Ekonomiks 18:48 16.11.2022

Mərkəzi Bank iki şirkəti məhkəməyə verdi

Mərkəzi Bank "Avromed Company” Qapalı Səhmdar Cəmiyyəti (QSC) və "Evim Tekstil” Məhdud Məsuliyyətli Cəmiyyətini (MMC) məhkəməyə verib. 

Qaynarinfo-nun məlumata görə, hər iki şirkət İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsini (avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə) pozmaqda təqsirli bilinir. 

"Evim Tekstil” şirkəti də bundan əvvəl də eyni maddə ilə 8 510 ABŞ dolları cərimə edilmişdi. 
 
Milli Məclisin deputatı Cavanşir Feyziyevə məxsus olduğu deyilən "Avromed Company” QSC isə valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə cərimə olunub.
 
Qeyd edək ki, "Evim Tekstil” MMC yerli müəssisə olaraq 2013-cü ildə fəaliyyətə başlayıb. Əsasən tekstil məhsullarının (bunlara ev tekstili və xüsusi işçi geyimləri daxildir) istehsalı üzrə ixtisaslaşıb. Şirkətin pərakəndə satış mağazaları da mövcuddur.

Əhməd